Külək əsir, yağış yağır, duman müşahidə olunur
06 aprel 2025 10:10 (UTC +04:00)

Külək əsir, yağış yağır, duman müşahidə olunur

Milli Hidrometeorologiya Xidmətinin aprelin 6-sı saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində bəzi yerlərdə küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Xidmətdən Lent.az-a verilən xəbərə görə, bəzi yerlərdə qərb küləyi əsir, küləyin sürəti arabir Daşkəsəndə 23 m/s, Şahdağda 20, Gəncə, Altıağac və Qobustanda 18, Kəlbəcərdə eyni zamanda Bakıda və Abşeron yarmadasında 16 m/s-yə çatıb.

Ən çox yağış yağan yerlər

Düşən yağıntının miqdarı Şahbuzda 6, Ordubadda 2, Şərur, Culfa, Sədərək, Naxçıvan, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəmkir və Astarada 1 mm-dir.

Görünüş məsafəsi məhdudlaşıb

Bakıda və Abşeron yarımadasında, Neft Daşları, Çilov adası, Şəmkir, Şamaxı, Qobustan, Şabran, Daşkəsən, Göygöl, Qax və Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 500 m-dək məhdudlaşıb.

Havanın maksimal temperaturu

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21, Aran rayonlarında eləcə də, Naxçıvan MR-da 20, dağlıq rayonlarda isə 12 dərəcəyədək isti qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 548

Oxşar yazılar

Sabahın hava proqnozu

Sabahın hava proqnozu

6 aprel 2025 , 20:30
Havanın temperaturu artır

Havanın temperaturu artır

6 aprel 2025 , 12:36
Günün hava proqnozu

Günün hava proqnozu

6 aprel 2025 , 09:30
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

5 aprel 2025 , 20:30
Günün hava proqnozu

Günün hava proqnozu

5 aprel 2025 , 09:30
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

4 aprel 2025 , 20:30
Günün hava proqnozu

Günün hava proqnozu

4 aprel 2025 , 09:30
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

3 aprel 2025 , 20:30