Zorladığı yeniyetməni, polisi və özünü başından güllələdi – HAMI ŞOKDA 
02 dekabr 2024 13:42 (UTC +04:00)

Zorladığı yeniyetməni, polisi və özünü başından güllələdi – HAMI ŞOKDA 

Türkiyədə çox ağır cinayət hadisəsi baş verib. 

Lent.az yerli mediaya istinadən yazır ki, polisə İstanbulun Esenyurt bölgəsində 14 yaşlı bir yeniyetmənin təcavüzə məruz qaldığı xəbəri daxil olub. 
 

Bu iyrənc hərəkətin 22 yaşlı M.Ö. tərəfindən edildiyi məlum olub. Polisə bu barədə informasiya daxil olub və əməliyyat təşkil edilib. Şübhəli şəxs evinə polis əməkdaşlarının daxil olduğunu görəndə onlardan birini güllələyib. Gənc polis məmuru N.Y. güllə yarasından yaralanıb.

Bundan sonra, daha dəhşətli hadisələr baş verib. Polisi vurduqdan sonra təcavüzçü 14 yaşlı yeniyetmənin, sonra isə özünün başına atəş açıb. Hər ikisi bu atəşdən ağır yaralanıb. 
 

Məlumata görə, hadisə dünən gecə saat 23 radələrində baş verib. Yeniyetməni təcavüz edən şəxs 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yaşayırmış. Bundan başqa, məlum olub ki, M.Ö. iki yeniyetməni avtomobillə qaçırırmış. Yeniyetmə oğlanlardan biri fürsət tapıb qaçıb. Qaçan oğlan polis bölməsinə gedərək vəziyyəti onlara çatdırıb.

Polis məmuru yaralandıqdan sonra hadisə yerinə çoxlu sayda güc qüvvəsi gəlib. Çevik polis qüvvələri xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı ilk olaraq M.Ö-nin evində saxladığı və başına atəş açdığı 14 yaşlı İ.S.Y. adlı yeniyetməni xəstəxanaya aparıblar. Sonra digər yaralılar da tibb ocağına aparılıb. Xəstəxanadan verilən məlumata görə, onların 3-nün də həyati təhlükəsi var. 
 

Sonradan bəlli olub ki, 22 yaşlı saxlanılan şəxs ruhi əsəb xəstəsiymiş. Bununla bağlı hətta rəsmi qeydiyyatı belə olub. Evdə aparılan axtarış zamanı 1 ədəd sənədsiz tüfəng və 1 ədəd tapança götürülüb. 

22 yaşlı şübhəli

 

22 yaşlı şübhəli

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4020
avatar

Cavidan HUN

Oxşar yazılar