Zərdabda qohumlar arasında mübahisə qanla bitib.
Lent.az xəbər verir ki, hadisə avqustun 27-də Zərdab rayonu, Qoşaoba kəndində qeydə alınıb.
Kənd sakini, 2003-cü il təvəllüdlü Abbasov Abbas Namiq oğlu qohumu Rəşidli Hikmər İlqar oğlu ilə mübahisə edən 1989-cu il təvəllüdlü Talıblı Məhəmməd Zakir oğlunu bel nahiyəsindən ot biçmək üçün istifadə edilən dəhrə aləti ilə bir dəfə vurmaqla ona xəsarət yetirib.
Faktla bağlı Zərdab RPŞ-nin İstintaq qrupu tərəfindən aradırma aparılır və Abbas Abbasov saxlanılıb.