Zaqatalada NARKOTİK ƏMƏLİYYATI:  həbs edilən var - VİDEO
13 fevral 2025 09:22 (UTC +04:00)

Zaqatalada NARKOTİK ƏMƏLİYYATI: həbs edilən var - VİDEO

Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən Gəncə şəhər sakini, əvvəllər də oğurluq və soyğunçuluğa görə məhkum olunmuş Ruslan Əliyev saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, ondan 4 kiloqrama yaxın marixuana və tiryək aşkar olunub. Saxlanılan şəxs əldə etdiyi narkotik vasitələrin ölkə ərazisində satışını təşkil etməyi planlaşdırıb.

Məhkəmənin qərarı ilə R.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13888

Oxşar yazılar