Zaqatalada 70 yaşlı kişi su anbarında boğulub.
Lent.az xəbər verir ki, hadisə rayonun Kəpənəkçi kənd inzibati ərazisində İkipilləli Alazan Nasos Stansiyasında baş verib.
Rayonun Qandax kənd sakini İmran Musa oğlu İsayev su anbarına düşərək boğulub.
Hazırda İ. İsayevin meyitinin sudan çıxarılması istiqamətində iş aparılır.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.