Zaqatalada daha bir DOĞUŞ FACİƏSİ:  körpə öldü -YENİLƏNİB
07 noyabr 2024 14:27 (UTC +04:00)

Zaqatalada daha bir DOĞUŞ FACİƏSİ: körpə öldü -YENİLƏNİB

Zaqataladakı doğuş faciəsi ilə bağlı TƏBİB-dən Lent.az-a açıqlama verilib.

Açıqlamada bildirilib ki, 26 oktyabrda 42 yaşlı Zaqatala rayon sakini, "37-38 həftəlik hamiləlik, yalançı doğuș sancıları" diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Ginekologiya və doğum şöbəsində stasionar müalicəyə cəlb edilib.

Məlumatda qeyd olunur ki, 4 noyabrda  saat 12:50-də pasiyentə "38-39 həftəlik hamiləlik, baş gəliși, fəsadlașmıș analıq anamnezi, yaşlı ilk doğan qadın, döl bașının yüksəkdə duruşu" diaqnozu ilə cərrahi doğuş icra edilib:

“Doğuş fəsadsız keçib, çəkisi 3100 qr, cinsi "oğlan" olan yenidoğulmuș doğulub. 2-3 saat sonra körpənin vəziyyəti pisləșib, müayinələr olunub, yenidoğulmuşda "yaşama qabiliyyətinə uyğun olmayan müştərək ürək qüsuru" aşkar edilib. Körpənin vəziyyəti təxliyə üçün uyğun olmadığından müalicəsinin Zaqatala RMX-da davam etdirilməsinə qərar verilib. Gəncə Perinatal Mərkəzdən süni tənəffüs aparatı gətirilib, Șəki Perinatal Mərkəzin neonotoloqu tərəfindən körpə süni tənəffüs aparatına qoșulub və ağciyərin süni ventilyasiyası təmin edilib. Bütün göstərilən müdaxilələrə baxmayaraq, 7 noyabrda saat 00:30 radələrində yenidoğulmușda ölüm faktı qeydə alınıb”.

***

10:00

Zaqatalada yeni doğulan körpə ölüb.

Lent.az-ın məlumatına görə, hadisə bu gecə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum şöbəsində qeydə alınıb.

Rayonun Yuxarı Tala kənd sakini 41 yaşlı Pərvana Şahid qızı İsgəndərova 4 noyabr tarixində qeysəriyyə yolu ilə körpə dünyaya gətirib.

Yeni doğulan cinsi oğlan olan körpə bu gecə Zaqatala RMX-nın doğum şöbəsində dünyasını dəyişib.

Qeyd edək ki, bu noyabr ayı ərzində Zaqatalada doğuşdan sonra baş verən ikici ölüm hadisəsidir.

Rayonun Yengiyan kənd sakini 24 yaşlı Sahibə Sahib qızı Məmmədova doğuş üçün xəstəxanaya müraciət edib. Noyabrın 1-də baş tutan doğuş zamanı körpə ölüb.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14583
avatar

Ləman Sərraf

Oxşar yazılar

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

22 noyabr 2024 , 21:16
Bakıda evdən qadın meyiti  tapıldı

Bakıda evdən qadın meyiti tapıldı

22 noyabr 2024 , 19:20
Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

22 noyabr 2024 , 18:02
Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

22 noyabr 2024 , 17:36
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

22 noyabr 2024 , 17:10
Bakıda küçədən kişi meyiti tapıldı

Bakıda küçədən kişi meyiti tapıldı

22 noyabr 2024 , 16:31
Sürücüdən rüşvət alan yol polisləri  saxlanıldı

Sürücüdən rüşvət alan yol polisləri saxlanıldı

22 noyabr 2024 , 13:16
Abşeronda kişini maşın vurub öldürdü

Abşeronda kişini maşın vurub öldürdü

22 noyabr 2024 , 11:45