Qazaxıstanlı nazirin saxlanılması təkzib edildi - YENİLƏNİB
04 sentyabr 2025 13:55 (UTC +04:00)

Qazaxıstanlı nazirin saxlanılması təkzib edildi - YENİLƏNİB

0

Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu və iş adamı Hacı Hacıyevin tutulması barədə məlumatlar həqiqətə uyğun deyil.

Lent.az xəbər verir ki, bu barədə Qazaxıstan Teleqraf Agentliyi “Kaztag” məlumat yayıb.

***

13:26

Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu ilə biznesmen Hacı Hacıyev saxlanılıb.

Lent.az  “Orda” nəşrinə istinadən xəbər verir ki, bu gün nazir Murat Nurtleu və iş adamı Hacı Hacıyev hüquq-mühafizə orqanları tərəfindən saxlanıblar.

Onlarla yanaşı, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin bir neçə yüksək vəzifəli əməkdaşı da nəzarətə alınıb. Məlumat hüquq-mühafizə dairələrindəki mənbələr tərəfindən təsdiqlənib.

Nurtleu, Çində keçirilən ŞƏT sammitindən döndükdən sonra öz evində yaxalanıb. İstintaq orqanları həm onun, həm də Hacıyevin evində axtarış aparıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 978

Oxşar yazılar