Zaqatalada 30 yaşlı kişini maşın vurub.
Lent.az xəbər verir ki, hadisə axşam saat 21 radələrində Zaqatala şəhəri ərazisində baş verib.
Piyada, 1995-ci il təvəllüdlü Zaqatala şəhər sakini Ramazan Seyfəddin oğlu Davudov hərəkətdə olan minik avtomobili tərəfindən vurulub.
Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan R. Davudov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.