Zaqatala sakini iynədən şoka düşüb öldü - TƏBİBDƏN AÇIQLAMA
14 noyabr 2024 14:06 (UTC +04:00)

Zaqatala sakini iynədən şoka düşüb öldü - TƏBİBDƏN AÇIQLAMA

Zaqatalada qeydə alınan ölümlə bağlı TƏBİB Lent.az-a açıqlama verib.

Açıqlamada bildirilib ki, 13 noyabr saat 22:30-da Zaqatala rayon Muxax kənd sakini, 37 yaşlı şəxslə bağlı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə çağırış daxil olub.

Məlumatda qeyd olunub ki, ünvana təcili yardım briqadası cəlb olunub:

“Göstərilən zəruri tibbi yardıma baxmayaraq, saat 23:13-də "anafilaktik şok" diaqnozu ilə şəxsin ambulansda xəstəxanaya qədər ölüm faktı qeydə alınıb.

Mövcud protokollara uyğun olaraq xəstəxanaya çatdırıldıqdan sonra da bütün reanimasiyon tədbirlər görülsə də, ölüm faktı öz təsdiqini tapıb.

Yaxınlarının bildirməsinə görə, evdə vurulan iynədən sonra şəxsin halı pisləşib”.

***

09:25

Zaqatala sakini xəstəxanada ölüb.

Lent.az-ın məlumatına görə, Muxax kənd sakini 37 yaşlı Ramazanov Rəfael Məhəmməd oğlu Anafilaktik şok nəticəsində xəstəxanada dünyasını dəyişib.

Araşdırma aparılır.

Qeyd edək ki, bundan əvvəl bir neçə gün ərzində rayon xəstəxanasında 4 körpə dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 25983
avatar

Ləman Sərraf

Oxşar yazılar