Rusiyanın Krasnoyarsk vilayətində yol polisi alayının komandiri rüşvətə görə həbs edilib.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, istintaqın məlumatına görə, polis əməkdaşı 2022-ci ilin iyunundan 2023-cü ilin dekabrına qədər olan müddətdə kommersiya şirkətinin nümayəndəsindən asfalt, səki daşı, kərpic kimi tikinti materiallarını hissə-hissə rüşvət qismində alıb. Sonra onları yaşadığı evin həyəti üçün istifadə edib. Məlumata əsasən, həmin materialların ümumi dəyəri 380 min rubldan (təxminən 6444 manat) çox olub.
Bunun müqabilində alay komandiri kommersiya şirkətinə himayədarlıq etməli imiş. Nəticədə yol polisi iki ay müddətinə istintaq təcridxanasına göndərilib. Onun barəsində cinayət işi açılıb.