İbrahim Tatlısəs  kabab yeməyi   dayandırdı: 21 kilo arıqladı
27 dekabr 2024 19:56 (UTC +04:00)

İbrahim Tatlısəs kabab yeməyi dayandırdı: 21 kilo arıqladı

Türk musiqisinin ustadı çörəyi rasionundan çıxararaq, kabab kimi vazkeçilməz ləzzətlərdən uzaq durmaqla böyük dəyişikliyə məruz qalıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə,  72 yaşlı sənətçi bu yaxınlarda qatıldığı tədbirdə həm fiziki dəyişməsi, həm də ailə məsələləri ilə diqqət çəkib.

Xüsusilə itirdiyi çəki ilə pərəstişkarlarının diqqətini çəkən Tatlısəs pəhriz prosesi ilə bağlı danışıb. Məşhur sənətçi pəhriz sayəsində 21 kilo arıqladığını açıqlayıb.

Tatlısəs deyib: "Pəhriz saxlayıram, çörəyi həyatımdan tamamilə çıxarmışam. Pendir və yumurtaya əsaslanan pəhrizim var. Lahmacun, kabab kimi ən çox sevdiyim yeməklərdən uzaq durmağa çalışıram".

O, həyatında üzləşdiyi çətinliklərdən də danışıb.

"Bu gün bir tikə lahmacun yedim, amma həqiqətən israr etdilər. Kababsız həyat varmı? Bəs nə edim, bir müddət ara verməli oldum", - məşhur sənətçi vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1824
avatar

Oxşar yazılar