Mingəçevirdə Rusiyadan yeni gələn uşaq müəmmalı şəkildə öldü
28 dekabr 2024 09:35 (UTC +04:00)

Mingəçevirdə Rusiyadan yeni gələn uşaq müəmmalı şəkildə öldü

Mingəçevirdə yeniyetmə müəmmalı şəkildə ölüb.

Lent.az xəbər verir ki, şəhər sakini 14 yaşlı Aslan Yusubov yaşadığı evdə oturduğu yerdə qəfil ölüb. Onun hansı səbəbdən ölməsi hələlik bəlli deyil.

Məlumata görə, mərhum ailəsi ilə birgə Rusiyada yaşayırmış. Onlar bir neçə gün əvvəl Mingəçevirə gəliblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1047
avatar

Mehman Nəbiyev

Oxşar yazılar