Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, dekabrın 29-u günün birinci yarısında Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə küləkli hava şəraiti olacaq.
Bakıda və Abşeron yarımadasında, Goranboy, Naftalan, Qazax, Ağstafa, Daşkəsən, Tovuz, Kəlbəcər, Laçın, Şabran, Xızı, Qobustan, Siyəzən, Neftçalada şimal-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.