Hava yolu şirkətləri təyyarə uçuşları gecikəcəyi təqdirdə sərnişinlərə kompensasiya ödəməlidir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, uçuşlarla bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qaydalara əsasən, uçuşlarda 3 saatdan çox gecikmə olarsa, hava yolu şirkətləri sərnişinlərə kompensasiya ödəməlidir.
Məsələn, Mülki Havaçılıq Baş İdarəsi Hava Yolları ilə Səyahət edən Sərnişinlərin Hüquqları haqqında Əsasnaməyə dəyişikliklər edib.
Tənzimləmə ilə, uçuşlar texniki və əməliyyat səbəblərindən təxirə salınarsa və sərnişinlər 3 saat və ya daha çox müddətdə planlaşdırılan son məntəqəyə çatdırılarsa, müəyyən edilmiş öhdəlikləri yerinə yetirməkdə hava yolu şirkətləri məsuliyyət daşıyacaq.
Müvafiq olaraq, gecikmə hallarında sərnişinlərə daxili reyslər üçün 100 avro kompensasiya ödəniləcək.
Beynəlxalq uçuşlar üçün məsafədən asılı olaraq kompensasiya məbləği 1500 kilometr və ya daha az olan uçuşlar üçün 250 avro, 1500-3500 kilometr arası uçuşlar üçün 400 avro, 3500 kilometrdən uzun uçuşlar üçün 600 avro müəyyən edilib.