Vardanyan nədə İTTİHAM OLUNUR?  – Sensasion CİNAYƏTLƏR
28 dekabr 2024 17:22 (UTC +04:00)

Vardanyan nədə İTTİHAM OLUNUR? – Sensasion CİNAYƏTLƏR

Nəhayət ki, separatçı Ruben Vardanyanın cinayət işləri işi ilə bağlı, onun qorxunc əməlləri ilə bağlı həqiqətlər elan olunur.

Lent.az xəbər verdiyi kimi, Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti bu barədə birgə məlumat yaydı.

Beləliklə, bütün kapitalı və varlığı ilə ölkəmizə qarşı çıxan Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər),  278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsi ilə bağlı yekun ittiham elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1578
avatar

Oxşar yazılar