Uzun illər Yaponiya dünyanın ən çox siqaret çəkən ölkələri sırasında idi, lakin zərərin azaldılması konsepsiyasının prinsiplərindən istifadə sayəsində ölkə vəziyyəti dəyişdirə bilib.
Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, digər qabaqcıl ölkələrdə olduğu kimi, Yaponiyada da siqaretə qarşı mübarizə ötən əsrin sonlarından başlayıb. Ölkə Ümumdünya Səhiyyə Təşkilatınin qadağalar və məhdudiyyətlərlə bağlı bütün tövsiyələrini qəbul edib, lakin onilliklər ərzində ən çox siqaret çəkən ilk 5 ölkə siyahısında qalıb. Məsələn, 2000-ci illərdə Yaponiyada hər siqaret çəkənə ildə 2800-dən çox siqaret düşürdü.
Qadağaların problemi həll edə bilməyəcəyini anlayan yaponlar, qadağalara alternativ motivasiyaya əsaslanan üsullar da daxil olmaqla, mümkün olan bütün imkanlardan istifadə etməyə çalışıblar – ölkədə siqaretdən imtina üçün maaş artımları tətbiq edilib, zərərləri azaldılmış cihazlara keçidi təşviq edilib və ictimai yerlərdə siqaret çəkən zonaların xüsusi rayonlaşdırılması – bütün bunlar "Yapon ssenarisi" adlandırılıb.
"Yaponiya siqaretə tüstüsüz, daha az zərərli alternativlərin dəstəklənməsi ilə ənənəvi siqaret əleyhinə üsulları tamamlamaqda təsirli irəliləyiş əldə edib. Onların yanaşması yanan siqaretlərin nikotinin istehlakının ən zərərli forması olduğuna dair elmi dəlillərə inam üzərində qurulub. Yanmayan məhsullar, çoxsaylı elmi araşdırmalar onların zərəri azaltma potensialına malik olduğunu göstərib, çünki onların tərkibində 95 faizə qədər daha az zərərli maddələr var.
Qadağanedici üsullardan fərqli olaraq həmişə daha az zərərli alternativ təklif etdiyi üçün “yumşaq güc” adlanan zərərin azaldılması konsepsiyasının prinsipləri Yaponiyada siqaret çəkmə vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa kömək edib.
2014-cü ildən etibarən iaşə obyektlərində, xüsusi yerlərdə olan müştərilərə orada siqaret çəkməyə ciddi qadağa qoyulmaqla tütün isitmə sistemlərindən istifadə etməyə icazə verilib. Bütövlükdə, siqaret çəkənləri tamamilə tərgitməyə təşviq etmək davam edib, lakin bunu edə bilməyən və ya istəməyənlər 95 faiz daha az zərərli maddələr ehtiva edən tüstüsüz cihazlara keçməyə təşviq edilib.
Cəmi beş il ərzində bu siqaretə qarşı siyasət Yaponiyada siqaret çəkənlərin sayını 34 faiz azaldıb.
"Tütün atlası" na görə, Yaponiyada siqaret satışının azalma sürəti 2011-2015-ci illər arasında ildə 2 faizdən 2015-2018-ci illər arasında ildə 10 faizə qədər 5 dəfə artıb. Nəticədə, qızdırılan tütün məmulatlarının Yaponiya bazarında populyarlaşdığı 2016-cı illə müqayisədə siqaret satışı 42 faiz azalıb. Mütəxəssislər qeyd edirlər ki, klassik siqaretlərin istehlakında bu qədər azalma dünyanın heç bir yerində müşahidə olunmayıb.
Eyni zamanda, Yaponiyada siqaret çəkənlərin ümumi sayında davamlı azalma müşahidə olunur. Bu gün Yaponiyada əhalinin təxminən 18 faizi nikotindən istifadə edir. Ənənəvi siqaretlərin innovativ məhsullarla kütləvi yerdəyişməsi fenomeni “Yapon ssenarisi” adlanır.
Yapon işi fəaliyyətdə zərərin azaldılması prinsiplərinin parlaq nümunəsidir, lakin bu, yeganə deyil. Siqaretdən azad, daha az zərərli alternativlərin dövlət səviyyəsində dəstəyi sayəsində Böyük Britaniya, İsveç və Yeni Zelandiyada da siqaretlə mübarizədə mühüm uğurlar əldə edilib.
Alternativlərin qadağan edilməsi və ya məhdudlaşdırılması yolu ilə gedən ölkələr indi acı nəticələr əldə edirlər-saxta və boz bazar böyüyür və siqaret çəkənlər az deyil.