TADİV: Rusiyanın  qəza ilə bağlı rəsmi açıqlama verməsini  gözləyirik
27 dekabr 2024 22:52 (UTC +04:00)

TADİV: Rusiyanın qəza ilə bağlı rəsmi açıqlama verməsini gözləyirik

Türkiyə Azərbaycan Dostluq, İşbirliyi və Dayanışma Vəqfi ( TADİV)  AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı başsağlığı verib. 

Vəqfdən lent.az-a daxil olan məlumatda qeyd olunub: “2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları” QSC-yə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 38 nəfərin ölümü, 29 nəfərin yaralanması bizi dərindən kədərləndirdi. Faciəli hadisədən sonra Azərbaycanın elan etdiyi bir günlük matəm çərçivəsində bu ağrını paylaşır, həyatını itirənlərə rəhmət, yaralananlara şəfa diləyir, Azərbaycan xalqına və Türk Dünyasına başsağlığı veririk". 

Bəyanatda qeyd olunub ki, təyyarənin gövdəsində olan zədə izlərindən və Azərbaycanın rəsmi qurumlarının verdiyi məlumatdan belə anlaşılır ki, hadisə Qroznı yaxınlığından raket atılması zamanı baş verib: " Rusiya Federasiyasının hava məkanında olan təyyarə vurulub. Bu, müasir beynəlxalq hüququn bütün normalarının, xüsusən də beynəlxalq mülki aviasiya qaydalarının ən ciddi pozuntusudur. Çünki Rusiya Federasiyası  ilk növbədə milli hava məkanının mülki uçuşlar üçün təhlükəsiz olmasını təmin etməyə görə məsuliyyət daşıyır. Üstəlik, ictimaiyyətə açıqlanan məlumatlar arasında Rusiya Federasiyasının hava nəzarətinə cavabdeh olan orqanlarının zədələnmiş təyyarənin yaxınlıqdakı hava limanlarına enməsinə icazə vermədiyi də var".

Bəyanatda Rusiyanın rəsmi açıqlama verməsinin gözlənildiyi qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1548
avatar

Oxşar yazılar