Təyyarə qəzasında  həlak olan pilot   Aleksandr Kalyanikov  Ukraynada   təhsil alıb
27 dekabr 2024 23:07 (UTC +04:00)

Təyyarə qəzasında həlak olan pilot Aleksandr Kalyanikov Ukraynada təhsil alıb

Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması nəticəsində həlak olan pilot Aleksandr Kalyanikov Ukraynanən  Kropivnitski şəhərindəki uçuş akademiyasında təhsil alıb. 

Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, bu barədə Ukrayna Dövlət Uçuş Akademiyasının rəhbəri Sergey Nedilko bildirib. 

O, aydınlaşdırıb ki, Kalyaninov 2021-ci ilin aprelində Ukrayna Dövlət Uçuş Akademiyasında (o zaman Ukrayna Milli Aviasiya Universiteti) oxuyarkən aviasiya nəqliyyatı üzrə magistr dərəcəsi alıb. 

Nedilkonun sözlərinə görə, Aleksandr “Təyyarələrin uçuşu” tədris və peşə proqramı üzrə uçuş əməliyyatları şöbəsində oxuyub və “pilot mühəndis” və “tədqiqat mühəndisi” ixtisaslarını alıb: 

“Aleksandr Kalyaninov uşaqlıqdan atası kimi pilot olmaq arzusunda idi. Təyyarə qəzası zamanı pilot Aleksandr Kalyaninov və kapitan İqor Kşnyakin onlarla insanın həyatını xilas ediblər”.

Məlum olduğu kimi, Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” sərnişin təyyarəsi Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. 

Təyyarənin göyərtəsində Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları da daxil olmaqla 67 nəfər olub. 38 nəfər ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2580
avatar

Oxşar yazılar