Bəxtiyar Hacıyevə 11 il cəza  istənildi
28 dekabr 2024 11:31 (UTC +04:00)

Bəxtiyar Hacıyevə 11 il cəza istənildi

Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Lent.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Dövlət ittihamçısı çıxış edərək Bəxtiyar Hacıyevin 11 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.

Hazırda proses davam edir.

Qeyd edək ki, Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamları ilə həbs olunub.

Ötən il ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) 213.1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1089
avatar

Oxşar yazılar