Təyyarə kənar müdaxilə nəticəsində qəzaya uğrayıb - AZAL
27 dekabr 2024 17:15 (UTC +04:00)

Təyyarə kənar müdaxilə nəticəsində qəzaya uğrayıb - AZAL

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.

Lent.az xəbər vedrir ki, bu barədə AZAL-dan bildirilib.

Qeyd olunub ki, aparılan araşdırmaların ilkin nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək risklər nəzərə alınıb. Bu səbəbdən də Bakıdan Rusiyanın hava limanlarına uçuşlar 28 dekabr 2024-cü il tarixindən Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1704
avatar

Oxşar yazılar