Yeni doğduğu qızı ağladığı üçün sümüklərini qırdı
28 noyabr 2023 14:19 (UTC +04:00)

Yeni doğduğu qızı ağladığı üçün sümüklərini qırdı

Altay diyarında qadın yeni doğduğu uşağı sakitləşdirərkən ona ağır xəsarətlər yetirib.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, hadisə Barnauldakı qadınlar üçün sığınacaqda baş verib. Qadına psixoloji yardım lazım olsa da, o, yeni doğulmuş qızı ilə təşkilata gəlib.

24 yaşlı xəstənin özünün bildirdiyinə görə, uşağı sakitləşdirə bilməyib və onun başına bir neçə zərbə endirib. Körpə kəllə-beyin travması, beyin əzilməsi və kəllə sınığı ilə xəstəxanaya çatdırılıb.

Qadın saxlanılıb. Anaya qarşı azyaşlının sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3420
avatar

Oxşar yazılar