Xocavənddə polisə tabe olmayan maşınlardan nələr çıxmadı...
04 oktyabr 2021 13:41 (UTC +04:00)

Xocavənddə polisə tabe olmayan maşınlardan nələr çıxmadı...

Xocavənddə polisə tabe olmayan sürücülər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, oktyabrın 2-də saat 4 radələrində işğaldan azad olunmuş Xocavənd rayonunun Böyük Tağlar kəndi ərazisində yerləşən nəzarət postunda İmişli rayon sakinləri Q.Talıbovun idarə etdiyi “Shacman” və R.Quliyevin idarə etdiyi “Hovo” markalı avtomobillərə saxla işarəsi verilib. Lakin sürücülər tabesizlik göstərərək hərəkəti davam etdiriblər.

Görülmüş tədbirlərlə onlar saxlanılıblar. Araşdırmalarla Q.Talıbovun sərnişini C.Məmmədovun və R.Quliyevin sərnişini N.Tapdıqovun işğaldan azad olunmuş ərazilərə keçmək üçün müvafiq icazələrinin olmaması müəyyən edilib. “Shacman” markalı avtomobilin yük yerinə baxış zamanı oradan “Altay” markalı traktor, “Hovo” markalı avtomobilin yük yerinə baxış zamanı isə dəmir və əlvan metallar aşkar edilib.

Onlar rayon Polis Şöbəsinə gətirilib və toplanmış materialla birgə rayon məhkəməsinə göndəriliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3952

Oxşar yazılar

Güclü külək paytaxtda fəsadlar törətdi-FOTO

Güclü külək paytaxtda fəsadlar törətdi-FOTO

9 aprel 2025 , 02:19
Ərini baltalayan  üç uşaq anası azadlığa buraxıldı

Ərini baltalayan üç uşaq anası azadlığa buraxıldı

8 aprel 2025 , 23:15
Anar Abdulla cinayət məsuliyyətinə  cəlb olundu

Anar Abdulla cinayət məsuliyyətinə cəlb olundu

8 aprel 2025 , 22:54
Bakıda kişi özünü asdı

Bakıda kişi özünü asdı

8 aprel 2025 , 19:29
Edamlar son 10 ilin  ən yüksək səviyyəsinə   çatıb

Edamlar son 10 ilin ən yüksək səviyyəsinə çatıb

8 aprel 2025 , 19:01
Kamran Əliyev Xanlar Vəliyevi yola saldı - YENİLƏNİB

Kamran Əliyev Xanlar Vəliyevi yola saldı - YENİLƏNİB

8 aprel 2025 , 18:36
Gəncədə 2 nəfərin meyiti  tapıldı - YENİLƏNİB

Gəncədə 2 nəfərin meyiti tapıldı - YENİLƏNİB

8 aprel 2025 , 17:51
Bulvarda dənizdən meyit tapıldı

Bulvarda dənizdən meyit tapıldı

8 aprel 2025 , 16:19