Xəzər rayonunda yol qəzası: 1 ölü
05 oktyabr 2013 11:40 (UTC +04:00)

Xəzər rayonunda yol qəzası: 1 ölü

 

Bu gün saat 09:37-də Xəzər rayonu Qala qəsəbəsindən Pirallahı qəsəbəsinə gedən avtomobil yolunda yol-nəqliyyat hadisəsi  baş verib. Fövqəladə Hallar Nazirliyindən Lent. az-a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin Suraxanı və Xəzər rayonu üzrə xilasedicilər qrupu  hadisə  yerində olublar.

Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, 1983-cü il təvəllüdlü  Əsgər Məmmədovun idarə etdiyi Vaz-2107 markalı 90-KF-613 dövlət nömrə nişanlı  minik avtomobili 1966-cı il təvəllüdlü Əşrəf Zeynalovun oğlunun idarə etdiyi Zil markalı 06-BD-543 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub.   

Ağır deformasiyaya uğramış Vaz-2107 markalı avtomobildə sıxılmış  vəziyyətdə qalmış sürücü aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə  yerində  vəfat  edib.

Xilasedicilər cəsədi avtomobildən  çıxararaq  hüquq mühafizə  orqanları əməkdaşlarına  təhvil veriblər.

         

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3564

Oxşar yazılar