Xaçmazda üç maşın toqquşub: ölən və xəsarət alanlar var
18 iyul 2014 00:19 (UTC +04:00)

Xaçmazda üç maşın toqquşub: ölən və xəsarət alanlar var

Bu gün axşam saatlarında Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xudat-Nabran yolununun birinci kilometrliyində qeydə alınıb.

 

Xaçmaz rayonu, Xudat şəhər sakini 42 yaşlı Xudayev İbrahim Murad oğlunun idarə etdiyi “Merсedes” markalı avtomaşın  Bakı şəhər sakini Şakir Əhmədzadənin idarə etdiyi “Nissan” markalı maşına, daha sonra isə Xaçmaz rayon sakini 1967-ci il təvəllüdlü Şirinbala Əmirkişiyevin idarə etdiyi “VAZ 2107”-ə çırpılıb.

 

Qəza nəticəsində “Mercedes”in sürücüsü hadisə yerində ölüb. “Nissan”da olan 3 nəfər isə müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar 1996-cı il təvəllüdlü Şamil Əhmədzadə, 1968-ci il təvəllüdlü Yasəmən Əhmədzadə və 1975-ci il təvəllüdlü Esmira Hacıyevadır. Onlar ambulator müalicə üçün evə buraxılıb.

 

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1056

Oxşar yazılar