Xaçmazda maşın traktora çırpılıb yandı
30 sentyabr 2013 10:01 (UTC +04:00)

Xaçmazda maşın traktora çırpılıb yandı

Sentyabrın 29-u axşam saatlarında Xudat-Nabran yolunun Muxtadır qəsəbəsi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 30 yaşlı Bayram Səfərovun idarə etdiyi 27 BJ 150 qeydiyyat nişanlı “Hyundai” markalı avtomobil yolun kənarında dayanan traktora çırpılıb. Daha sonra isə nəqliyyat vasitəsi yanaraq külə dönüb. Nəticədə minik maşının sürücüsü xəsarət alaraq Xaçmaz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin Xudat bölməsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Hadisənin yüksək sürət səbəbindən baş verdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 658

Oxşar yazılar