Vəzifəli şəxs dəhşətli qəzada öldü
30 sentyabr 2013 14:58 (UTC +04:00)

Vəzifəli şəxs dəhşətli qəzada öldü

Sabirabad rayonunda baş verən avtomobil qəzasında “İmişli elektrik quraşdırma” MMC-nin müdiri dünyasını dəyişib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün saat 12.00 radələrində Qazıməmməd-Bəhrəmtəpə yolunun 36-cı kilometrliyində qeydə alınıb.

 

İmişli rayonunun Cəfərli kənd sakini, 1958-ci il təvəllüdlü Ağayev Qəzənfər Vəli oğlu idarə etdiyi “Hyundai-Sonata” markalı 10 HO 155 dövlət nömrə nişanlı avtomobili idarə edərkən idarəetməni itirərək yoldan çıxıb və avtomobil dərəyə yuvarlanıb. Nəticədə sürücü Q.Ağayev hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq idarəsində araşdırma aparılır.

 
# 10275
avatar

Oxşar yazılar