Ucarda "Mersedes"lə "KamAZ" toqquşub: yaralanan var
22 noyabr 2013 21:01 (UTC +04:00)

Ucarda "Mersedes"lə "KamAZ" toqquşub: yaralanan var

Ucarda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün axşam saat 17:30 radələrində Ucar rayonu ərazisindəki körpünün üzərində qeydə alınıb.

 

61-BE-707 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını Ucar rayon sakini Səlimov Fuad Əlyar oğlunun idarə etdiyi 23-BH-031 dövlət nömrə nişanlı KamAZ-a çırpılıb. Hadisə şahidlərinin sözlərinə görə, “Mercedes”in sürücüsü ağır bədən xəsarətləri alıb və yaxınlarının köməkliyi ilə hadisə yerindən uzaqlaşdırılıb.  

 

Yaralının hansı xəstəxanaya aparıldığı məlum deyil.

 

Ucar rayon Polis şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə yerindən uzaqlaşdırılan sürücünün şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 878

Oxşar yazılar