Yaşayış üçün əlverişli planet tapıldı – Cəmi 35 işıq ili uzaqlıqda
25 iyul 2025 04:01 (UTC +04:00)

Yaşayış üçün əlverişli planet tapıldı – Cəmi 35 işıq ili uzaqlıqda

Astronomlar L 98-59 ulduz sistemində Yerdən cəmi 35 işıq ili uzaqlıqda, onun ulduzunun yaşamaq üçün əlverişli zonasında yerləşən və səthində maye su saxlaya bilən yeni yer planetinin mövcudluğunu təsdiqləyiblər.

Lent.az xəbər verir ki, Monreal Universitetinin astronomlarından ibarət qrup kainatın tədqiqində irəliyə doğru maraqlı addım atıb.

Komanda L 98-59 ulduz sistemində Yerdən təqribən 35 işıq ili uzaqlıqda olan beşinci planetin mövcudluğunu təsdiqləyib.

L 98-59 f adlı bu yeni kəşf edilmiş planet öz ulduzunun yaşayış zonasında yerləşir.

Bu o deməkdir ki, planetin səthində maye suyun olması üçün lazımi şərait var və yaşamaq üçün potensial namizəd planetdir.

Tədqiqat qrupu artıq planeti yaxından araşdırmaq üçün səylərə başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 556

Oxşar yazılar