54 yaşlı kişini ilan sancdı, vəziyyəti ağırdır
25 iyul 2025 08:08 (UTC +04:00)

54 yaşlı kişini ilan sancdı, vəziyyəti ağırdır

Şəkidə 54 yaşlı kişini ilan sancıb.

Lent.az xəbər verir ki, ötən gün axşam saatlarında   rayonun Aşağı Göynük kənd sakini 54 yaşlı Cəlil Səməd oğlu Zamanov  yaşadığı evin həyətyanı sahəsində işləyərkən qəfildən onu sağ əlindən ilan sancıb.

C. Zamanov yaxınlarının köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə aparılıb.

C. Zamanova lazımi tibbi yardım göstərilib, ilan zəhərinə qarşı zərdab vurulub. Onun vəziyyəti ağır qiymətləndirilir, müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir. (APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 810

Oxşar yazılar