Kanalizasiya quyusundan 3 fəhlənin meyiti  tapıldı
24 iyul 2025 18:02 (UTC +04:00)

Kanalizasiya quyusundan 3 fəhlənin meyiti tapıldı

Rusiyanın paytaxtı Moskvada tikinti sahəsinin yaxınlığındakı kanalizasiya quyusunda üç fəhlənin cəsədi tapılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, ilkin məlumata görə, onlar iş görərkən ölüblər. Ancaq ölümün dəqiq səbəblərini məhkəmə-tibb ekspertizaları müəyyən edəcək.

İstintaq Komitəsi artıq Cinayət Məcəlləsinin 216-cı maddəsi - ehtiyatsızlıqdan üç nəfərin ölümünə səbəb olan tikinti və ya digər işlərin görülməsi zamanı təhlükəsizlik qaydalarını pozma ilə cinayət işi açıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1426

Oxşar yazılar