Arif Babayevin SON DURUMU - YENİLƏNİB
25 iyul 2025 15:10 (UTC +04:00)

Arif Babayevin SON DURUMU - YENİLƏNİB

Xalq artisti, professor Arif Babayevin vəziyyəti ağır olaraq qalır.

Bu barədə Lent.az-a Mərkəzi Klinikanın Mətbuat xidmətinin rəhbəri Elşən Şükürov məlumat verib.

Onun sözlərinə görə, Arif Babayev dünən axşam xəstəxanaya gətiriləndən bəri reanimasiya şöbəsindədir:

"Hələlik vəziyyəti ağır olaraq qiymətləndirilir. Vəziyyətində ciddi dəyişiklik müşahidə olunmur”.

***

saat 09:29

Xalq artisti, professor Arif Babayevin son vəziyyəti açıqlanıb.

Lent.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Mərkəzi Klinikanın Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, xəstə Arif Babayev dünən axşam saatlarında Mərkəzi Klinikaya gətirilib.

“Vəziyyəti ciddi ağır olaraq qiymətləndirilir. Hazırda reanmasiya şöbəsində müalicəsi davam edir”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, iyulun 23-də saat 17:30-da Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Bildirilib ki, pasiyent dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin olunub. O, dünən axşam saatlarında təcili tibbi yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya - Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.

***
24 iyul, saat 22:58

Xalq artisti Arif Babayev təcili tibbi yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya - Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.

Lent.az xəbər verir ki, bu barədə APA-ya Arif Babayevin oğlu Yaşar Babayev məlumat verib.

O qeyd edib ki, atası Klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.

APA-nın əldə etdiyi məlumata görə, xalq artistinin vəziyyəti ağırdır.

***

17:24

Xalq artisti Arif Babayev Bakıya gətirilir. 

Qax rayon Mərkəzi Xəstəxanasından Lent.az-a verilən məlumata görə, Arif Babayev xüsusi ambulansla Bakı şəhərinə yola salınıb. 

Xalq artistinin Yeni Klinikaya yerləşdiriləcəyi bildirilir. 

***

saat 15:41

 

İyulun 23-də saat 17:30-da Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Lent.az-a TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, pasiyent dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin olunub.

Hazırda müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti kritik ağır olaraq qiymətləndirilir.

Sağlamlıq durumuna uyğun olaraq paytaxtdakı tibb müəssisəsinə təxliyəsi planlaşdırılır.

***
14:23

Xalq artisti Arif Babayev Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Lent.az xəbər verir ki, bu barədə APA-ya onun oğlu Yaşar Babayev məlumat verib.

O bildirib ki, Xalq artistinin Təcili Tibbi Yardım maşını ilə Bakıdakı xəstəxanaların birinə gətirilməsi üçün hazırlıq işləri görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4794

Oxşar yazılar