Jurnalistlərdən rüşvət alan 3 polis HƏBS OLUNDU
25 iyul 2025 19:07 (UTC +04:00)

Jurnalistlərdən rüşvət alan 3 polis HƏBS OLUNDU

Moskvanın Zamoskvoretskiy məhkəməsi Baza Telegram kanalının əməkdaşlarına məlumat ötürmək qarşılığında rüşvət alan üç polis əməkdaşını həbs edib.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, Daxili İşlər Nazirliyinin ‘Krasnoyarsk’ bölməsi nəzdindəki cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili Sergey Kovalev barəsində 20 sentyabra qədər həbs qətimkan tədbiri seçilib.

Onunla birlikdə daha iki nəfər də həbs edilib: polis əməkdaşı Aleksandr Ablaev və Belqorodun cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili Aleksandr Selivanov. Məhkəmədə Selivanov rüşvət almaqda təqsirini etiraf edib. Müdafiə tərəfinin sözlərinə görə, işdə söhbət təxminən 137 min rubldan gedir.

İş üzrə təqsirləndirilən şəxslər Krasnodar və Krasnoyarsk diyarlarında, həmçinin Belqorod vilayətində saxlanılaraq, Moskvaya gətiriliblər.

İstintaqın versiyasına görə, onların hər üçü son iki il ərzində Baza Telegram kanalına xidməti məlumatları ötürüblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 844

Oxşar yazılar