İlin hansı ayında arıqlamağa başlamaq  daha asandır
25 iyul 2025 16:14 (UTC +04:00)

İlin hansı ayında arıqlamağa başlamaq daha asandır

Əgər uzun zamandır arıqlamağı və ya sadəcə daha sağlam qidalanma rejiminə keçməyi düşünürsünüzsə, yanvar bu işə başlamaq üçün ideal ay ola bilər. Hərçənd yanvar çox vaxt yerinə yetirilməyən yeni il vədləri ilə assosiasiya olunur, araşdırmalar göstərir ki, məhz bu ayda arıqlamağa başlayan insanlar digər aylarda başlayanlara nisbətən daha çox çəki itirirlər.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, mütəxəssislər bunu "yeni başlanğıc effekti" ilə izah edirlər. Yeni il insanların şüurunda yenilənmə, sıfırdan başlama və daha yaxşı həyat arzusu ilə əlaqələndirilir. Bu səbəbdən yanvar psixoloji olaraq dəyişikliklər üçün təbii başlanğıc nöqtəsi kimi qəbul olunur. İnsanlar özlərinə yeni bir səhifə açmaq fürsəti gördükləri üçün bu da onlara əlavə motivasiya verir.

Sosial təzyiqin də rolu böyükdür

Yanvarda fitness proqramları, pəhriz planları və idman zallarına dair reklamlar beyinlərimizi adeta ələ keçirir. Ətrafımızdakı insanların çoxu idmana başlayır, sağlam həyat tərzindən danışır, düzgün qidalanma (ZQ) reseptləri paylaşır. Bu da kollektiv motivasiya dalğası yaradır.

Araşdırmalar nə deyir?

Bir çox araşdırmalar yanvarda motivasiyanın həqiqətən də daha yüksək olduğunu göstərir. Bu da pəhriz planına və fiziki aktivliyə daha ciddi əməl olunmasına səbəb olur. Nəticədə uğur şansı artır. Hətta yanvarda başlayanlar tezliklə nəticə gördükləri üçün ilin qalan hissəsində də bu tempə davam etməyə meyilli olurlar.

Amma ehtiyatlı olmaq da lazımdır

Bütün bu müsbət cəhətlərə baxmayaraq, diyetoloqlar kəskin dəyişikliklərdən və sürətli nəticə arzusundan çəkinməyi tövsiyə edirlər. “Yeni il – yeni mən” şüarı altında insanlar çox zaman ac qalmağa, detoks pəhrizlərinə, qida qruplarını tamamilə çıxarmağa başlayırlar. Bu yanaşma həm fiziki, həm də psixoloji sağlamlıq üçün zərərli ola bilər – yorğunluq, narahatlıq, hətta qida pozuntuları yarada bilər.

Britaniya Dietoloqlar Assosiasiyası nəyi tövsiyə edir?

Bu qurum yumşaq və davamlı yol seçməyi tövsiyə edir. Məhdudiyyətlərə fokuslanmaq əvəzinə, faydalı vərdişlərin artırılmasına üstünlük verin:

Daha çox tərəvəz və lif qəbul edin

Yeməkləri vaxtında və müntəzəm yeyin

İçkilərdə şəkəri azaldın və ya tam çıxarın

Fiziki aktivliyi artırın

Yanvarda arıqlamağa necə düzgün başlamaq olar?

Real hədəf müəyyənləşdirin. Bir ayda 10 kq verməyə çalışmayın. Kiçik, amma əldə oluna bilən məqsədlərlə başlayın.

Qida gündəliyi aparın. Təkcə kalorini deyil, həm də qida vərdişlərinizi analiz etməyə kömək edəcək.

Sevdiyiniz qidalardan tam imtina etməyin. Bu, tezliklə geri dönüş riskini artırır. Daha yaxşısı – porsiyanı azaldın və ya sağlam alternativini tapın.

Hərəkət əlavə edin. Gəzinti, yoqa, üzgüçülük və ya rəqs – xoşladığınız bir aktivlik seçin.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 720

Oxşar yazılar