Ermənistan hərbçilərinin əsir götürdüyü azərbaycanlı: Mənə işgəncələr verildi
25 iyul 2025 14:14 (UTC +04:00)

Ermənistan hərbçilərinin əsir götürdüyü azərbaycanlı: Mənə işgəncələr verildi

İyulun 25-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Vəliəhəd Vəliyev bildirib ki, 2020-ci ildə baş vermiş 44 günlük müharibə zamanı oktyabrın 22-də Zəngilanda güllə və qəlpə yaraları alaraq Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən əsir götürülüb.

Lent.az xəbər verir ki, o, həmin vaxt hərbçi yoldaşlarının şəhid olduğunu söyləyib.

Zərərçəkən deyib ki, əsirlikdə olduğu müddətdə sağaldıqdan sonra işgəncələrə məruz qalıb, o cümlədən sağ ayağının baş barmağı kəlbətinlə sıxılıb, sifət nahiyəsində yumruq-təpik, ayaq və qollarına dəyənəklə zərbələr endirilib.

O, dekabrın 14-də Azərbaycana təhvil verilib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 544

Oxşar yazılar

Rusiyanın Gümrü bazasında  daha bir İNTİHAR:  əsgər özünü DOĞRADI

Rusiyanın Gümrü bazasında daha bir İNTİHAR: əsgər özünü DOĞRADI

26 iyul 2025 , 10:35
Yol polisi alayının rüşvətxor komandiri HƏBS OLUNDU

Yol polisi alayının rüşvətxor komandiri HƏBS OLUNDU

26 iyul 2025 , 10:18
Gəncədə kişi qazdan boğulub öldü

Gəncədə kişi qazdan boğulub öldü

26 iyul 2025 , 09:45
Qazaxda çətənə becərən qadın saxlanıldı

Qazaxda çətənə becərən qadın saxlanıldı

26 iyul 2025 , 08:53
Abşeronda motosiklet yolu keçmək istəyən piyadanı vurdu

Abşeronda motosiklet yolu keçmək istəyən piyadanı vurdu

26 iyul 2025 , 02:17
Goranboyda ildırım  yanğına səbəb oldu

Goranboyda ildırım yanğına səbəb oldu

25 iyul 2025 , 23:00
Goranboyda  "Jiquli" aşdı,  yaralananlar var

Goranboyda "Jiquli" aşdı, yaralananlar var

25 iyul 2025 , 21:22
Gəncədə qadın sevgilisini bıçaqladı

Gəncədə qadın sevgilisini bıçaqladı

25 iyul 2025 , 20:44