Ruhi xəstə oğul anasını öldürdü
24 iyul 2025 14:52 (UTC +04:00)

Ruhi xəstə oğul anasını öldürdü

Türkiyədə oğul anasını öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Mersin şəhərinin Mut qəsəbəsində baş verib.

Yaşadıqları evdə psixoloji problemləri olan 47 yaşlı A.D. ilə anası 67 yaşlı Belkıs Durmuş arasında mübahisə yaşanıb. Bu zaman oğul anasına bir neçə bıçaq zərbəsi vuraraq, onu öldürüb.

Mərhumun meyiti müayinə üçün aidiyyəti üzrə təhvil verilib. A.D. isə polis tərəfindən saxlanılıb.

Qeyd olunur ki, Belkıs Durmuş bir müddətdir ərindən ayrı olub və oğlu ilə yaşayırmış.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1190

Oxşar yazılar