"Çelsi"nin futbolçusundan ETİRAF: Trampdan qorxub
24 iyul 2025 13:46 (UTC +04:00)

"Çelsi"nin futbolçusundan ETİRAF: Trampdan qorxub

"Çelsi"nin ispaniyalı müdafiəçisi Mark Kukurella klublararası dünya çempionatının qələbəsini qeyd edərkən ABŞ prezidenti Donald Trampdan qorxduğunu deyib.

Lent.az-ın məlumatına görə, futbolçu bildirib ki, reqlamentin tələbinə uyğun olaraq klublararası dünya çempionatında qələbənin qeyd olunduğu vaxtda komandada heç kim Trampdan podiumu tərk etməyi tələb edə bilməz. "Və mən fikirləşirdim: kim ona nə deyəcək?! Ölümdən qorxdum", - o etiraf edib.

Qeyd edək ki, iyulun 14-də “Çelsi” klublararası dünya çempionatının qalibi olub. Həlledici görüşdə londonlular Fransa PSJ- 3:0 məğlub edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 572

Oxşar yazılar