Yollar parad bitənə qədər bağlı qalacaq - YENİLƏNİB
20 iyun 2013 12:07 (UTC +04:00)

Yollar parad bitənə qədər bağlı qalacaq - YENİLƏNİB

Bakıda iyunun 26-da keçiriləcək hərbi paradla bağlı bağlanan yollar parad bitənə qədər bağlı qalacaq.


 

Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, hərbi paradla bağlı paytaxtın Azadlıq meydanı istiqamətində nəqliyyatın hərəkəti parad bitənə qədər bağalanacaq.

 

V. Əsədov həmçinin bildirib ki, parad keçirilən ərazidə təhlükəsizliyi təmin etmək məqsədi ilə, Neftçilər prospekti ilə Kövkəb xanım Səfərəliyeva küçəsinin kəsişməsindən Rəşid Behbudov küçəsinin kəsişməsinə qədər avtomobilin hərəkəti məhdudlaşdırılıb.

 

Şöbə rəisi sürücülərə müraciətində bildirib ki, göstərilən istiqamətlərdə alternativ yollardan istifadə etsinlər.

 

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, Silahlı Qüvvələr günü münasibətilə iyunun 26-da keçiriləcək hərbi parada hazırlıqla əlaqədar Neftçilər prospektinin Azadlıq prospekti ilə kəsişmədən Yusif Səfərov küçəsi ilə kəsişməsinə qədər (Hökumət evinin qarşısı) olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Bu səbəbdən Üzeyir Hacıbəyov küçəsində nəqliyyat vasitələrinin hərəkəti iki istiqamətli edilib.

 

 

*****

10.32

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə müraciət edib.


 

Mərkəzdən APA-ya verilən məlumata görə, paytaxtın Neftçilər prospektindən Azadlıq meydanına qədər, Cavanşir körpüsündən şəhər istiqamətinə, Metronun “Koroğlu” stansiyasından Heydər Əliyev prospekti ilə üzü şəhər istiqamətində tıxac yaranıb.

 

Yaranan tıxacın qarşısını almaq üçün Cavanşir körpüsündə yol iki tərəfli olub.

 

NİİM-in sürücülərə müraciətində bildirilib ki, şəhər istiqamətinə hərəkət edərkən, paytaxtın 28 May küçəsindən istifadə etsinlər. 

 

10.06

 

Bakının mərkəzindəki əsas küçə və prospekt nəqliyyatın hərəkəti üçün bağlanıb. APA-nın məlumatına görə, 26 İyun - Silahlı Qüvvələr günü münasibətilə keçiriləcək hərbi paradda keçid edəcək hərbi texnikanın bir hissəsi Azadlıq meydanına gətirilib.

 

Bununla əlaqədar paytaxtın Azadlıq meydanı istiqamətində küçə və prospektlərində - Yusif Səfərov küçəsi, Xocalı küçəsi, Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti və s.-də Azadlıq meydanı istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

 

Bu səbəbdən paytaxtın mərkəzində, o cümlədən Heydər Əliyev prospektində nəqliyyatın böyük tıxacı yaranıb.

 

 

# 3159
avatar

Oxşar yazılar