![[b]Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 27 Iyun[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 27 Iyun[/b]
GÜNÜN ŞƏRHİ
Türkiyə Davudoğlu dönəmindən əvvəlki dövrə qayıdır. İsraillə münasibətlər bərpa olunur, Moskvadan təyyarənin vurulmasına görə üzr istənilir. İsrail və Rusiya ilə münasibətlərin korlanması tək Davudoğlunun günahı deyildi. Amma geri addımlar məhz Davudoğlu getdikdən sonra atılıb, bu həm də xarici siyasətdə yaşanan bütün problemlərin günahını dolayı yolla sabiq baş nazirin ayağına yazmaqdır. "Günah keçisi" seçilməklə Davudoğlu Türkiyəyə növbəti xidmətini etmiş oldu. İstər Rusiya, istərsə İsraillə münasibətlərin normallaşdırılması Türkiyənin üzləşdiyi bəzi problemləri həll etmiş olacaq. Türkiyənin Suriya siyasətindən köklü dəyişikliklərin baş verəcəyini indidən proqnozlaşdırmaq olar. Bu problemlərin başında Suriya sərhədi boyunca "kürd qurşağı"nın yaradılması və PKK problemi gəlir. Ankara hər iki məsələdə ABŞ-ın dəstəyindən məhrumdur, əksinə Vaşinqton həm "kürd qurşağı", həm PKK məsələsində Türkiyənin maraqlarına zidd siyasət yürüdür. Vaşinqtondan əlini üzən Ankara artıq problemi İsrail və Rusiyanın köməyi ilə həll etməyə çalışacaq.
Oxşar yazılar

Polis 31 yaşlı kişini bıçaqlayan şəxsi saxladı
28 avqust 2025 , 21:08
Namiq Qaraçuxurlu Rusiyada saxlanıldı
28 avqust 2025 , 20:58
Ağdaşda tövlədən meyit tapıldı
28 avqust 2025 , 19:27
"Meydan TV" işi üzrə daha bir HƏBS
28 avqust 2025 , 19:09Yarıçılpaq kişi şöbəyə girib polisləri döydü - VİDEO
28 avqust 2025 , 18:29
"Pendir oğrusu" ölkədən qovuldu
28 avqust 2025 , 17:59
“Meydan TV”nin istintaqı yekunlaşdı
28 avqust 2025 , 17:56