Şamaxı yolunda ağır qəza: 2 ölü, 4 yaralı
30 sentyabr 2013 10:25 (UTC +04:00)

Şamaxı yolunda ağır qəza: 2 ölü, 4 yaralı

Bakı-Şamaxı yolunda ağır yol qəzası baş verib.


 

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. İki “Jiquli” markalı avtomobilin toqquşması nəticəsində iki nəfər ölüb. Ölənlərin adları dəqiqləşdirilir.

 

Qəza nəticəsində həmçinin bir ailənin dörd üzvü – 36 yaşlı Eldəniz Behbudov, onun həyat yoldaşı, 30 yaşlı Pərvanə Behbudova, onların övladları, 10 yaşlı Kənan və 13 yaşlı Tərgül ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 

 

# 1296
avatar

Oxşar yazılar