
Qisas məqsədilə əmisini öldürdü
Tərtərdə törədilən qətllə bağlı cinayət işi başlanıb.
Lent.az Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oktyabrın 2-də saat 2 radələrində Tərtər rayonu, Sarov kəndində kənd sakini Z.Kərimovun qətlə yetirilməsi barədə “102-Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə Sarov kənd sakini C.Kərimovun və Kəngərli kənd sakini Z.Abbaszadənin qisas və tamah məqsədi ilə Z.Kərimovu bıçaqla qətlə yetirmələri müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinənlər - Z.Abbaszadə və C.Kərimov saxlanılıblar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, hadisəni törədən C.Kərimov Z.Kərimovun qardaşı oğludur.
Oxşar yazılar

Dava zamanı gəncləri ayıran yaşlı nənə öldü
9 may 2025 , 17:46
Bərdədə FACİƏ: toya gələn yeniyetmə çayda BOĞULDU
9 may 2025 , 17:44
Qax sakini şəlalədən yıxıldı - VİDEO - YENİLƏNİB
9 may 2025 , 17:16
Yeddinci mərtəbədən yıxılan qız sağ qaldı
9 may 2025 , 16:04
Masallıda "Prado" aşdı, sürücünün övladları və qohumu öldü - YENİLƏNİB
9 may 2025 , 16:02
Beyləqanda kişi işıq dirəyindən yıxılıb öldü
9 may 2025 , 10:23
Bank kartlarından 11 min manatdan çox pul oğurlandı
9 may 2025 , 10:05