Bakıda 16 yaşlı oğlan 100 minlik maşında diri-diri yandı - YENİLƏNİB
28 iyun 2013 16:28 (UTC +04:00)

Bakıda 16 yaşlı oğlan 100 minlik maşında diri-diri yandı - YENİLƏNİB

İyunun 28-nə keçən gecə Bakı şəhərinin Sabunçu rayonu ərazisində baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar məlum olub. Lent.az-ın məlumatına görə, hadisə vaxtı qəzaya uğrayaraq yanan “Mercedes Galenvagen” dairəvi yolun Bilgəh qəsəbəsi ilə Nardaran qəsəbəsi arasındakı hissəsində “Ford Mustang” ilə ötüşürmüş.  Gecə saatlarında yolun boş olmasından istifadə edən gənclərin avtomobilləri yüksək sürətlə idarə etməsi nəticəsində “Mercedes” yola çıxan “VAZ 2104”ə dəyib və daha sonra idarəetmədən çıxaraq bağ evinin hasarına çırpılıb. Zərbənin gücündən hasar dağılıb. Bir neçə dəfə aşaraq partlayan “Mercedes” isə yanmağa başlayıb.

 

Hadisə şahidlərinin bildirdiyinə görə, “Ford Mustang”da olan şəxslər tez gələrək “Mercedes”dəki sərnişinləri çıxarıb. Lakin sürücü 16 yaşlı Hənifəyev Teymuru xilas etmək mümkün olmayıb. O, yanaraq ölüb.

 

 

****

 

 

12:55

 

İyunun 28-nə keçən gecə Bakı şəhərinin Sabunçu rayonu ərazisində baş vermiş dəhşətli yol qəzasının bəzi məqamları aydın olub. Lent.az-ın əldə etdiyi məlumata görə, Bakı dairəvi yolunun Bilgəh və Nardaran qəsəbələri arasındakı hissəsində qəzaya uğrayaraq yanan “Mercedes Galenvagen” markalı avtomobilin 16 yaşlı Hənifəyev Seymur Telman oğlu tərəfindən idarə olunması müəyyən edilib. Yeniyetmə sürücü yanan avtomobildən çıxa bilməyib və hadisə yerindəcə keçinib.

 

İlkin ehtimala görə qəzaya yüksək sürət səbəb olub. Faktla əlaqədar araşdırmalar davam etdirilir.

 

İlkin məlumatda avtomobildə yanaraq ölən şəxsin Səfərova Lalə Telman qızı olması qeyd olunurdu.

 

Qeyd edək ki, yanan avtomobilin tuninq edilməmiş versiyalarının orta qiyməti 70-100 min manat arasıdır.

 

 

 

****

 

04:51

 

Bakıda qadın sürücü avtomobildə yanıb.Lent.az-ın FHN-ə istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Sabunçu rayonunda yol-qəza hadisəsi nəticəsində Səfərova Lalə Telman qızı tərəfindən idarə olunan "MERCEDES" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən sürücü L.T. Səfərovanın yanmış meyiti aşkar olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 00:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

# 17050
avatar

Nizam Rza

Oxşar yazılar

Sumqayıtda DƏHŞƏT:  ana özünü və uşaqlarını zəhərlədi - YENİLƏNİB

Sumqayıtda DƏHŞƏT: ana özünü və uşaqlarını zəhərlədi - YENİLƏNİB

21 may 2024 , 23:00
Təyyarə hava boşluğuna düşdü, 70-dən çox yaralı və ölən var

Təyyarə hava boşluğuna düşdü, 70-dən çox yaralı və ölən var

21 may 2024 , 22:39
Şəkidə “Mersedes” 53 yaşlı qadını vurdu

Şəkidə “Mersedes” 53 yaşlı qadını vurdu

21 may 2024 , 21:09
Sumqayıtda fəhlə iş zamanı öldü

Sumqayıtda fəhlə iş zamanı öldü

21 may 2024 , 20:14
Bakıdan babasıgilə qonaq gedən  uşaq öldü

Bakıdan babasıgilə qonaq gedən uşaq öldü

21 may 2024 , 19:52
Bakıda gənc oğlan  özünü asdı

Bakıda gənc oğlan özünü asdı

21 may 2024 , 19:49
Məhkəmə "İmam Mehdi"nin  cəzasını azaltdı

Məhkəmə "İmam Mehdi"nin cəzasını azaltdı

21 may 2024 , 17:36
Azərbaycanda tələbə   yol qəzasında öldü

Azərbaycanda tələbə yol qəzasında öldü

21 may 2024 , 17:28