Bakıda daha bir qadın yoxa çıxdı - AXTARILIR
                                    
                                    
                                    0
                                
                                
                                    
                                    
                                    0
                                
                            
	Bakıda orta yaşlı qadın itkin düşdü. 
	Bu barədə qadının ailə üzvləri polis şöbəsinə müraciət edib.
	Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, oktyabrın 13-də günorta radələrində qəsəbə sakini 1977-ci il təvəllüdlü Nigar Rüstəmova yaşadığı evdən çıxıb bir daha geri qayıtmayıb. Yaxınları N.Rüstəmovanın itkin düşməsi ilə bağlı Sabunçu rayon 12-ci polis şöbəsinə müraciət ediblər.
	12-ci polis şöbəsinin əməkdaşları tərəfindən qadının axtarış tədbirləri davam etdirilir.
                            
                                            
                                            
                                            0
                                        
                                        
                                            
                                            
                                            0