Ömürlük məhbuslar aclıq aksiyasına başlayırlar
08 aprel 2013 13:05 (UTC +04:00)

Ömürlük məhbuslar aclıq aksiyasına başlayırlar

 

Ömürlük məhbuslar ombudsman Elmira Süleymanovaya müraciət edib. Müraciəti Əli Cahangir oğlu Quliyev imzalayıb. “Media forum” saytının məlumatına görə, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliyə, KİV nümayəndələrinə və hüquq müdafiəçilərinə də ünvanlanan müraciətdə deyilir: “Hörmətli Elmira xanım! Çoxsaylı məhkumların adından bir daha nəzərinizə çatdırıram ki, 1998-ci il fevralın 10-da Milli Məclisin qəbul etdiyi qanunla ölüm hökmü ləğv olunub və həmin sənədin 4-cü bəndi vaxtilə ölümə məhkum edilmiş şəxslərin cəzasının ömürlük həbslə əvəzlənməsini nəzərdə tutub: “Milli Məclisin öz səlahiyyətlərini aşaraq, məhkəmə hakimiyyətinin səlahiyyətlərini mənimsəyərək bizə təyin etdiyi ömürlük həbs cəzası Azərbaycan qanunvericiliyinə, tərəfdarı olduğumuz beynəlxalq hüquq normalarına, Avropa İnsan Hüquqları Konvensiyasına tamamilə ziddir. Cinayət qanununun zamana görə qüvvəsi hüquqi prinsipinə və 2000-ci il sentyabrın 1-nə qədər qüvvədə olmuş Cinayət Məcəlləsinin 23-cü maddəsinə əsasən, bizim hər birimizin işinə məhkəmədə fərdi qaydada baxılmalı, 15 il azadlıqdan məhrumetmə cəzası kəsilməli və yaxud prezidentin əfv sərəncamı qaydasında 15 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası verilməli idi. Nəzərinizə çatdırıram ki, indiyə qədər bizim ömürlük məhkum olunduğumuza dair heç bir məhkəmə qərarı yoxdur”.

Müraciət müəllifi Avropa Şurası Parlament Assambleyasının 2007-ci il aprelin 16-da qəbul etdiyi qətnamədə Azərbaycan hökumətinə ölüm cəzasının ləğvindən sonra ömürlük məhbusa çevrilmiş şəxslərin cəzalarının yumşaldılmasını tövsiyə etdiyini xatırladır: “Qətnamənin 8.9-cu bəndində qeyd olunur ki, ölüm cəzasının ləğvi ilə əlaqədar yaranmış problemlərin həlli üçün hər bir məhkumun işinə yenidən baxılmalı və qanunun geriyə qüvvəsi prinsipinin ən əlverişli müddəalarına müvafiq cəza təyin edilməlidir”.

 

Hörmətli Elmira xanım! 1998-ci il fevralın 10-da ölüm cəzası altında olan 128 nəfərdən indiyə yalnız 77 nəfəri sağ qalıb. Onların arasında bir çox ağır xəstələr, yaşı 70-i, hətta 80-i ötmüşlər, görmə qabiliyyətini tam itirmiş I qrup əlil də var.

 

Pozulmuş hüquqlarımızın bərpası üçün dəfələrlə prezidentə, Milli Məclisin komitə sədrləri Əli Hüseynli, Rəbiyyət Aslanova, Səməd Seyidova, insan hüquqlarını qoruyan yerli və beynəlxalq təşkilatlara, həmçinin Sizə müraciətlər etməyimizə baxmayaraq heç bir ölçü götürülməyib. Məhz bu səbəbdən də müraciətimizdə qeyd olunan qanun pozuntusunun həllinə dair verəcəyiniz müvafiq cavaba qədər müddətsiz aclıq aksiyasına başlayırıq”.

# 1036
avatar

Oxşar yazılar

İranlı narkotacir polisdən qurtulmaq üçün özünü binadan atdı

İranlı narkotacir polisdən qurtulmaq üçün özünü binadan atdı

2 may 2024 , 12:42
Bakıda balıqçı mağazasını POLİS BASDI:  129 bıçaq, 14 balta... - VİDEO

Bakıda balıqçı mağazasını POLİS BASDI: 129 bıçaq, 14 balta... - VİDEO

2 may 2024 , 12:03
Körpə yeməkdən sonra qusub öldü

Körpə yeməkdən sonra qusub öldü

2 may 2024 , 11:03
Bakıda kişi kanalizasiya quyusuna  düşüb öldü

Bakıda kişi kanalizasiya quyusuna düşüb öldü

2 may 2024 , 09:57
Azərbaycanda 118 nəfər zəhərləndi, ölənlər var

Azərbaycanda 118 nəfər zəhərləndi, ölənlər var

2 may 2024 , 09:23
Şamaxıda DƏHŞƏT:  kafenin həyətində özünü asdı

Şamaxıda DƏHŞƏT: kafenin həyətində özünü asdı

2 may 2024 , 09:20
Bakıda ev yandı, ölən var

Bakıda ev yandı, ölən var

2 may 2024 , 09:11
Neftçilər prospekti bağlandı

Neftçilər prospekti bağlandı

2 may 2024 , 08:07