Oğurladığı maşınla saxlanıldı
                                    
                                    
                                    0
                                
                                
                                    
                                    
                                    0
                                
                            
	Bərdə rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini A.Əbilov “QAZ-3110” markalı avtomobilinin qaçırılmasını bildirib.
	Lent.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmyerlisi S.Paşazadə şəhər ərazisində avtomobillə birgə saxlanılıb.
	Araşdırma aparılır.
                                            
                                            
                                            0
                                        
                                        
                                            
                                            
                                            0