Nardaran ağsaqqalı həbs edilib
06 avqust 2013 15:03 (UTC +04:00)

Nardaran ağsaqqalı həbs edilib

Avqustun 5-də Nardaran ağsaqqalı, Quran müəllimi Hacı Əli Hüseynov həbs olunub. Lent.az-ın musavat.com-a istinadən verdiyi məlumata görə, Hacı Əli Hacı Baxış məscidindən polis bölməsinə aparılıb. Daha sonra Sabunçu rayon Məhkəməsi tərəfindən ona 9 sutka həbs cəzası verilib. Polisdən bildiriblər ki, həbsin səbəbi avqustun 2-də “Qüds günü” ilə bağlı Nardaranda keçirilən aksiyada Hacı Əlinin çıxışı, eləcə də aksiyada ABŞ və İsrailin dövlət bayraqlarının yandırılması olub. 

 

Qeyd edək ki, Hacı Əli bundan əvvəl 2010-cu ildə də həbs olunub və ötən il azadlığa buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1594

Oxşar yazılar