Hindistanda pələng üç qadını  parça-parça etdi
14 may 2025 06:57 (UTC +04:00)

Hindistanda pələng üç qadını parça-parça etdi

Hindistanda pələng hücumu nəticəsində üç qadın həyatını itirib. Hadisə Maharaştra ştatının Mendhamal kəndi yaxınlığındakı meşəlik ərazidə baş verib.

Lent.az xəbər verir ki, bu barədə "Times of India" nəşri məlumat yayıb.

Məlumata görə, dörd qadın meşədə vəhşi heyvanın hücumuna məruz qalıb. Pələng üç qadını öldürüb, dördüncü qadın isə ağır yaralanıb. Daha sonra ölən qadınların bədənlərinin hissələri kolların arasında tapılıb.

Zoologiya üzrə mütəxəssislər qeyd edirlər ki, bu hadisə regionda bir pələngin tək hücumla üç nəfəri öldürdüyünə dair ilk sənədləşdirilmiş haldır.

Hadisədən dərhal sonra Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları əraziyə cəlb olunublar. Yaralı qadın təcili olaraq xəstəxanaya yerləşdirilib.

Mütəxəssislər hesab edirlər ki, yırtıcıların təbii yaşayış mühitinin daralması səbəbindən hücumların sayı artmaqdadır. Təkcə Maharaştra ştatında son üç il ərzində vəhşi heyvanların - əsasən pələnglərin - hücumları nəticəsində 225 nəfər həyatını itirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1278

Oxşar yazılar

Jurnalist Fatih Altaylı həbs edildi

Jurnalist Fatih Altaylı həbs edildi

22 iyun 2025 , 18:02
İran bunu da edir

İran bunu da edir

22 iyun 2025 , 17:20
ABŞ-ın vurduğu Fordoda nə olub?

ABŞ-ın vurduğu Fordoda nə olub?

22 iyun 2025 , 13:02
İrandan İsrailə ballistik raketlər atıldı -Onlarla yaralı var -VİDEO

İrandan İsrailə ballistik raketlər atıldı -Onlarla yaralı var-VİDEO

22 iyun 2025 , 11:58
ABŞ İranın Fordo nüvə obyektinə  12 bomba atıb

ABŞ İranın Fordo nüvə obyektinə 12 bomba atıb

22 iyun 2025 , 09:58
ABŞ İrana hücuma keçən an - Ağ Evdən GƏRGİN FOTOLAR

ABŞ İrana hücuma keçən an - Ağ Evdən GƏRGİN FOTOLAR

22 iyun 2025 , 08:21
SON DƏQİQƏ : ABŞ İranı bu təyyarələrlə vurdu - YENİLƏNİB

SON DƏQİQƏ: ABŞ İranı bu təyyarələrlə vurdu - YENİLƏNİB

22 iyun 2025 , 08:01
Tramp İrana hücumdan sonra xalqa müraciət etdi

Tramp İrana hücumdan sonra xalqa müraciət etdi

22 iyun 2025 , 06:35