“Microsoft” 6 min əməkdaşını ixtisar edir
14 may 2025 05:27 (UTC +04:00)

“Microsoft” 6 min əməkdaşını ixtisar edir

“Microsoft” şirkəti texnologiya bazarındakı yeni şəraitə uyğunlaşmaq üçün dünya üzrə təxminən 6 min iş yerini ixtisar edəcək.

Lent.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi şirkət nümayəndəsinə istinadən məlumat yayıb.

"Biz şirkəti cari bazar dinamikasında ən yaxşı mövqedə tutmaq üçün zəruri təşkilati dəyişikliklər etməyə davam edirik", - agentlik onun sözlərindən sitat gətirib.

Qeyd olunur ki, 6 min ixtisardan 2 mini “Microsoft”un Vaşinqtonun Redmond şəhərindəki baş qərargahında olacaq. İxtisarlar ilk növbədə idarəetməyə təsir edəcək. Məlumata görə, ixtisarların 2025-ci ilin iyul ayının ortalarında başlaması gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 220

Oxşar yazılar