Bu rayonlarda leysan yağdı, şimşək çaxdı - GÜNÜN HAVASI
17 avqust 2025 09:55 (UTC +04:00)

Bu rayonlarda leysan yağdı, şimşək çaxdı - GÜNÜN HAVASI

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, avqustun 17-si saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Qubada 21, Lənkəranda 11, Qusarda 10, Şahdağda 9, Balakən, Şəkidə 8, Astara, Neftçala, Şabran, Cocuqmərcanlıda 6, Biləsuvarda 5, Qax, Yardımlı, Lerikdə 4, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Oğuz və Qəbələdə 3, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Qobustan, Sabirabad, Cəfərxan, Beyləqan, Zaqatala, Altıağac, Ağdam, Zərdabda 1 mm-dək qeydə alınıb.

Kəlbəcər, Laçın, Qrız, Şahdağ, Lerik və Şəkidə duman muşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 282

Oxşar yazılar