Uels şahzadəsi həyat yoldaşı ilə yeni evə  köçür
16 avqust 2025 22:12 (UTC +04:00)

Uels şahzadəsi həyat yoldaşı ilə yeni evə köçür

Uels şahzadəsi Uilyam və həyat yoldaşı Keyt Midlton Vindzorda yerləşən 8 otaqlı “Forest Lodge” malikanəsinə köçəcəklər.

Lent.az BBC-yə istinadla xəbər verir ki, övladları 12 yaşlı Corc, 10 yaşlı Şarlotta və 7 yaşlı Luis də onlarla birlikdə yaşayacaq.

Kensinqton Sarayının sözçüsü bildirib ki, onlar evə bu ilin sonunda köçəcəklər. Məlumata görə, köç və təmir xərcləri ailənin şəxsi vəsaiti hesabına ödəniləcək və bu, vergi ödəyicilərinə əlavə yük yaratmayacaq. Ev şahzadə Uilyam taxta çıxandan sonra da onların daimi iqamətgahı olaraq qalacaq. Artıq malikanədə kiçik təmir işlərinə başlanılıb. Ailə Milad bayramına qədər yeni evlərinə köçməyi planlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 186

Oxşar yazılar