Bakının bu qəsəbəsinə, nə təcili-yardım  maşını gedə bilir, nə də taksi -VİDEO
14 may 2025 10:28 (UTC +04:00)

Bakının bu qəsəbəsinə, nə təcili-yardım maşını gedə bilir, nə də taksi -VİDEO

“Bura Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsidir. Paytaxtın mərkəzindən cəmi 15 dəqiqəlik məsafədə yerləşməsinə baxmayaraq, burada illərdir ki, işıqlandırma və yol problemi sakinləri narahat edir.”

Lent.az xəbər verir ki, bu sosial problem APA TV-nin hazırladığı reportajda geniş işıqlandırılıb:  

- Xatırladaq ki, əvvəlcə sahibsiz itlərlə bağlı problemlərini işıqlandırdığımız Zabrat sakinləri yaşadıqları ərazidəki problemlərdən cana gəliblər. Qəsəbənin içəri küçələrində asfalt örtüyü ya yoxdur, ya da uzun illərdir təmir olunmayıb. Yağışlı havalarda yollar keçilməz hala gəlir, palçıq və gölməçələr piyadaların və nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir.

Ancaq tək problem bu deyil, sakinlər gecələr küçələrdə hökm sürən qaranlıqdan da narazıdırlar.

Şikayətçi Zöhrab Orucov belə deyir:

“Öz vəsaitimizlə yolları neçə dəfə düzəltmişik. Güclü yağış nəticəsində yollarımız yenə bərbad vəziyyətə düşüb. Hətta avtobuslar belə girmirlər bura. Xahiş, minnətlə onların yollarını salırıq bura. Yəni uşaqlarımız məktəbə gedə bilmir. Təcili yardım maşın girmir bura. Hamısı tanıyırlar buranı. Taksiyə zəng edirik, taksi də gəlmir. Yəni vəziyyətimiz budur da, yolla işıq barəsində çox əziyyət çəkirik. Gecə işıqlar yanmır”.

Problemlə bağlı daha ətraflı video materialda tanış ola bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 586

Oxşar yazılar

APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

14 may 2025 , 10:00
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

13 may 2025 , 10:00
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

12 may 2025 , 10:00
Heydər Əliyev Mərkəzində tarixə səyahət – 10 May xüsusi reportaj - VİDEO

Heydər Əliyev Mərkəzində tarixə səyahət – 10 May xüsusi reportaj - VİDEO

10 may 2025 , 09:37
Polisi polisə şikayət etdi  - ŞOK OLAY - VİDEO

Polisi polisə şikayət etdi - ŞOK OLAY - VİDEO

9 may 2025 , 20:00
Azərbaycan hərbçiləri Qələbə günü paradında keçdi - VİDEO

Azərbaycan hərbçiləri Qələbə günü paradında keçdi - VİDEO

9 may 2025 , 12:01
Hindistan bəndi açdı, Pakistan kəndləri su altında  qalacaq - VİDEO

Hindistan bəndi açdı, Pakistan kəndləri su altında qalacaq - VİDEO

9 may 2025 , 10:26
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

8 may 2025 , 10:00